Azərbaycan XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi Pakistanda humanitar yardım aksiyası keçirib

Posted by

Azərbaycan XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi Pakistanda humanitar yardım aksiyası keçiribAzərbaycan XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi Pakistanda humanitar yardım aksiyası keçirib

Azərbaycan XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi Pakistanda humanitar yardım aksiyası keçirib

Pakistanın Pəncab əyalətinin Sarqodha və Hafizabad rayonlarında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yanında Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) adından humanitar yardım aksiyası keçirilib.

 

Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, Taxt Hazara kəndində təşkil olunmuş mərasimdə Pakistan İslam Respublikasının Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən, fövqəladə hallar zamanı zərər çəkmiş insanlara yardımlarla məşğul olan Bayt-ul-Mal təşkilatının icraçı direktoru Abid Vahid Şeyx, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov, bölgənin və kəndin ağsaqqalları, əyalət media mənsubları, təbii fəlakətdən zərər çəkmiş insanlar iştirak ediblər.

 

Tədbir iştirakçıları qarşısında çıxış edən Bayt-ul-Malın icraçı direktoru Vahid Abid Şeyx təbii fəlakətdən zərər çəkmiş insanlara yardım etdiklərinə görə Azərbaycan xalqına, hökumətinə və AİDA-ya dərin minnətdarlığını bildirib. O, cari ilin 23 oktyabr tarixində AİDA tərəfindən sel daşqınları və leysan yağışlardan zərər çəkmiş insanlara humanitar yardım aksiyasına start verildiyini bildirib. Vurğulanıb ki, bu aksiya Pəncabın Multan, Muzaffargarh, Leyyah, Chinniot, Naroval, Sargodha, Mandi Baha-ud-Din, Sialkot, Canq rayonları həmçinin Cammu və Kəşmirin paytaxtı Müzəffərabad və Bağ bölgəsini əhatə edib. Bay-tul-Malın fəaliyyəti haqqında məlumatlar verən Abid Vahid Şeyx, Azərbaycanın 2012-ci ildən başlayaraq başçılıq etdiyi təşkilat ilə sıx əməkdaşlıq etdiyini də qeyd edib.

 

Mərasimdə çıxış edən səfiri Daşqın Şikarov Azərbaycan-Pakistan arasında yüksək səviyyəli əlaqələrdən danışıb. O, eyni zamanda, Azərbaycan XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyinin fəaliyyəti haqqında geniş məlumatlar verib, AİDA-nın 30-dan çox Latın Amerikası, Afrika və Asiyada yerləşən ölkələrdə müxtəlif layihələr icra etdiyini, humanitar yardımlar çatdırdığını vurğulayıb. Bildirilib ki AİDA, Heydər Əliyev Fondu ilə birgə cari ilin may ayında Xayber Paxtunxva əyalətinin Dera İslmail Xan bölgəsində Heydər Əliyev Su təchizatı layihəsini icra etmiş və bununla da on minlərlə insanı içməli su ilə təchiz edilib.

 

Təbii fəlakətdən zərər çəkmiş insanlar adından çıxış edən bölgənin ağsaqqalı Şahnavaz Raca təbii fəlakətin fəsadlarından danışıb, ağır maddi və mənəvi durumda olan insanların dərdinə şərik olmasına görə Azərbaycan xalqı və ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirib.

 

Mərasimin sonunda tədbirdə iştirak edən qonaqlar AİDA-nın adından zərərçəkmiş insanlara qida paketləri paylanıb.

 

Taxt Hazarada keçirilən humanitar sonra Kot-Momin qəsəbəsi və Bhera şəhərlərində də davam etdirilib, həmin yerlərdə də təbii fəlakətdən zərər çəkmiş insanlara yardımlar paylanılıb.

 

Qeyd olunub ki, AİDA tərəfindən edilmiş humanitar yardım qida rasionu paketləri və un kisələri təbii fəlakətdən zərər çəkmiş minlərlə insanlara paylanılıb. 8-9 nəfərlik ailə üçün nəzərdə tutulan rasion paketlərinə həyatı vacib qida məhsulları daxil edilib və yardım ümumilikdə sel fəlakətlərindən zərər çəkmiş 25 min nəfər insanı əhatə edib.

 

 

Apa.az