Azərbaycan xarici işlər nazirinin müavini Venesiya Komissiyasının plenar sessiyasında iştirak edəcək

Posted by

Azərbaycan xarici işlər nazirinin müavini Venesiya Komissiyasının plenar sessiyasında iştirak edəcəkAzərbaycan xarici işlər nazirinin müavini Venesiya Komissiyasının plenar sessiyasında iştirak edəcək

Azərbaycan xarici işlər nazirinin müavini Venesiya Komissiyasının plenar sessiyasında iştirak edəcək

Hüquq vasitəsilə Demokratiya naminə Avropa Komissiyasının (Venesiya Komissiyası) 100-cü plenar sessiyası keçiriləcək.

 

APA-nın Avropa Şurasının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sessiya oktyabrın 10-11-də Romada baş tutacaq.

 

İclasa İtaliya Xarici İşlər Nazirliyinin müşaviri Bendetto Della Vedova sədrlik edəcək. Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Azərbaycan adından toplantıda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iştirak edəcək.

 

Sessiyaya həmçinin Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Draqoni, AŞPA sədrliyi adından Kristofer Çop və Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Dean Spielman qatılacaq.

 

ATƏT Parlament Assambleyasının sədri Ranko Krivokapicin sessiyanın açılışında çıxışı nəzərdə tutulub.

 

Apa.az