Azərbaycan xarici işlər nazirinin müavini Krımda keçiriləcək referenduma münasibət bildirib
Araz Əzimov: “Azərbaycan suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə həmişə riayət edib və edəcək”
“Azərbaycan dövlətlərarası münasibətləri tənzimləyən suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə həmişə riayət edib və edəcək”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov martın 16-da Ukraynanın Krım Muxtar Respublikasında keçiriləcək referendumla bağlı Azərbaycanın mövqeyini şərh edərkən deyib.
“Əvvəla, bu tədbir keçirilsin, sonra ona baxarıq. İkincisi, Azərbaycan bildirib ki, dövlətlərarası münasibətləri tənzimləyən suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə həmişə riayət edib və edəcək”, – deyə nazir müavini söyləyib.
Apa.az