Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96 illiyi Berndə qeyd edilmişdir

Posted by

Azərbaycanın İsveçrədəki səfirliyi Bern şəhərində 28 May – Respublika günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə İsveçrənin federal və kantonal qurumlarının rəsmiləri, Berndə akkreditə olunmuş diplomatik korpusun, ölkə ictimaiyyətinin nümayəndələri, elm xadimləri, işgüzar dairələrin təmsilçiləri, eləcə də Azərbaycan diasporunun fəalları iştirak etmişlər.

Ziyafətdə istedadlı pianoçu Emil Muradovun ifasında Azərbaycanın milli musiqisi səsləndirilmiş, müasir Azərbaycanın görüntülərindən ibarət videoçarx nümayiş etdirilmiş və qonaqlara milli mətbəximizin ləziz təamları təqdim olunmuşdur.

AzərTac.az