Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilmələri ilə bağlı elan və reklam verilməsi çətinləşdi

Posted by

Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilmələri ilə bağlı elan və reklam verilməsi çətinləşdiAzərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilmələri ilə bağlı elan və reklam verilməsi çətinləşdi

Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilmələri ilə bağlı elan və reklam verilməsi çətinləşdi

Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilmələri ilə bağlı elan və reklamların verilməsini yalnız müvafiq vasitəçilik fəaliyyəti göstərmək üçün xüsusi razılıq almış hüquqi şəxslər həyata keçirə biləcəklər.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Reklam haqqında” qanuna dəyişikliklər edilib.

Sözügedən qanuna dəyişikliklər edilməsi barədə layihə Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə daxil olub.

Qeyd edək ki, Azərbaycanda fiziki şəxslərin Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilmələrində vasitəçilik etməsi də qadağan edilir. Bu, “Məşğulluq haqqında” qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə daxil olmuş layihədə nəzərdə tutulur.

 

Trend.az