Azərbaycan vətəndaşları SMS ilə fövqəladə hallar barədə məlumatlandırılacaq

Posted by

Azərbaycan vətəndaşları SMS ilə fövqəladə hallar barədə məlumatlandırılacaqAzərbaycan vətəndaşları SMS ilə fövqəladə hallar barədə məlumatlandırılacaq

Azərbaycan vətəndaşları SMS ilə fövqəladə hallar barədə məlumatlandırılacaq

5 may 2015-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirildi.

 

Keçirilən tədbirdə Milli Məclisin üzvü Ağalar Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi Novruz Rəhimov, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şura üzvləri və müharibə veteranları iştirak edirdilər.

 

İlk öncə Lökbatan qəsəbəsindəki “Şəhidlər” abidə kompleksinin önünə Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə əklilqoyma mərasimi keçirildi. Tədbir iştirakçıları abidə önünə gül dəstələri qoymaqla öz ehtiramlarını bildirdilər.

 

Daha sonra Heydər Əliyev Mərkəzində Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirildi.

 

Tədbiri giriş nitqi ilə açan Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov bu gün hər bir vətəndaş, xüsusi ilə Azərbaycan gənci öz tarixini bilməli, həmin dövrdə babalarının əldə etdikləri qələbənin qiymətini dərk etməli olduğunu bildirdi. Qeyd etdi ki, müharibədə qazanılan qələbədə Azərbaycanın böyük payı vardır. 700 minə yaxın Azərbaycanlı bu müharibədə iştirak etmiş, onların təxminən yarısı həlak olmuşdur. Ümummilli lider Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhramanlığına verilən qiymətin göstəricisidir

 

Öz növbəsində çıxış edən Milli Məclisin üzvü Ağalar Vəliyev görüş iştirakçılarını salamlayaraq, qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənimizin qələbə naminə canlarından keçməsini, Milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasını, o cümlədən veteranların döyüşlərdə və arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərmələrini diqqətə çatdırdı.

 

Daha sonra çıxış edən Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi vəzifəsinin icraçısı mayor Novruz Rəhimov keçirilən bu cür tədbirlərin gənclərdə vətənpərvərlik hisslərini aşıladığını, onlara vətəni qorumağın nə qədər müqəddəs bir iş olduğunu təbliğ etdiyini söylədi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət nəticəsində bu gün Qafqazın ən güclü ordusuna sahib olduğumuzu xatırladaraq işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına əminliyini ifadə etdi.

 

Tədbirin sonunda veteranların problemləri ilə maraqlandı, Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən maddi və ərzaq yardımı verildi, səhhəti ilə əlaqədar iştirak edəbilməyən veteranlarımızın evlərinə baş çəkildi.

 

Trend.az