Azərbaycan və Türkiyə Silahlı Qüvvələri yaxın vaxtlarda birgə hərbi təlim keçirəcək

Posted by

Yaxın vaxtlarda Azərbaycanda Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin bölmələrinin iştirakı ilə birgə hərbi təlimin keçirilməsi planlaşdırılır.

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Azərbaycan tərəfdən tabor, Türkiyə tərəfdən isə bölük səviyyəsində qatılım olacaq hərbi təlim iki ölkə arasında hərbi əməkdaşlıq sazişi çərçivəsində həyata keçirilir.

Təlimin məqsədi Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin bölmələri arasında dostluq, əməkdaşlıq və birgə fəaliyyəti inkişaf etdirməkdir.

Təlim qərargah və səhra hissəsindən ibarət olacaq.

Təlimin keçiriləcəyi tarix barədə məlumat verilməyib.

Qeyd edək ki, bu ilin yanvarında Türkiyədə iki ölkənin Silahlı Qüvvələrinin iştirakı ilə “Qış-2014” adlı hərbi təlim keçirilib.

Apa/az