Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib

Posted by

Aprelin 7-də müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkunu qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyənin Azərbaycandakı hərbi attaşesi Nevzat Taşdeler də iştirak edib.

Trend.az