Azərbaycan və türk diaspor təşkilatları Danimarkada bir araya gəliblər

Posted by

Azərbaycan və türk diaspor təşkilatları Danimarkada bir araya gəliblərAzərbaycan və türk diaspor təşkilatları Danimarkada bir araya gəliblər

Azərbaycan və türk diaspor təşkilatları Danimarkada bir araya gəliblər

Türkiyə Cümhuriyyətinin yaranmasının 91-ci ildönümü ilə əlaqədar bu ölkənin Danimarkadakı səfirliyi tərəfindən təşkil edilən ziyafətdə Azərbaycan diaspor təşkilatlarının rəhbərləri də iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilib ki,

Azərbaycan diaspor təşkilatlarının rəhbərləri Türkiyə səfiri Mehmet Dönmezlə söhbət zamanı həyata keçirilən birgə layihələr, xüsusilə 2015-ci ildə ermənilərin 100 illiyini qeyd etməyə hazırlaşdıqları qondarma “soyqırımı” təbliğatının qarşısının alınması ilə bağlı tədbirlər planı müzakirə edilib.

“Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi ziyafətdə iştirak edən qonaqlarla söhbət zamanı onlara Azərbaycan, ölkəmizin malik olduğu güclü iqtisadi və hərbi potensial, həmçinin Ermənistanın təcavüzkar siyasəti nəticəsində Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğalı, rəsmi Bakının münaqişəni sülh yolu ilə həll etmək istiqamətində səyləri barədə məlumat verib.

Ziyafətdə iştirak edən türkdilli xalqların Danimarkadakı cəmiyyətlərinin rəhbərləri ilə diaspor fəaliyyətində əməkdaşlıq, əlaqələrin daha da gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.

“Vətən” Cəmiyyətinin idarə heyətinin üzvü Fərqanə İsmayılova isə tədbirdə iştirak edən türkdilli ölkələrin xanım təmsilçiləri ilə görüşüb. Türkdilli qadınlar Azərbaycan həqiqətlərini Danimarka ictimaiyyətinə çatdırmaq məqsədilə birgə layihələr həyata keçirmək barədə təkliflər verərək yaxın vaxtlarda bu təklifləri reallaşdırmağı qərara alıblar.

 

AzərTac.az