Azərbaycan və İranın sərhəd çaylarında sel və daşqınların qarşısının alınması məqsədi ilə birgə layihə hazırlanıb

Posted by

Azərbaycan və İranın sərhəd çaylarında sel və daşqınların qarşısının alınması məqsədi ilə bəndlərin qurulması, çay ətrafı ərazilərdə bərkitmə işlərinin görülməsi və qaydaya salınması ilə bağlı ümumi texniki qaydalardan istifadə haqqında layihə hazırlanıb. Bunu Trend-ə İran Energetika Nazirliyinin Müştərək resurslar və sərhəd çayları üzrə Baş İdarəsinin direktoru Cabbar Vətənfəda deyib.

C.Vətənfəda bildirib ki, işçi qrupunun Təbrizdə keçirilən iclasında İran və Azərbaycanın sərhəd çaylarında – Astaraçay, Bolqarçay və Araz çaylarında daşqınların qarşısının alınması üçün bəndlərin qurulması, çay ətrafı ərazilərdə bərkitmə işlərinin görülməsi və çayların məcrasında baş vermiş dəyişikliklərin qaydaya salınması məsələləri müzakirə olunub.

Onun sözlərinə görə, indiyədək çayların məcrasında baş vermiş dəyişikliklərin qaydaya salınması İran və Azərbaycanda müxtəlif texniki qaydalar və standartlara uyğun həyata keçirilirdi və bu bəzən qarşı tərəfə ziyan verirdi, elə buna görə də ümumi texniki qaydaların tətbiqi ilə bağlı layihə hazırlanıb.

C.Vətənfəda qeyd edib ki, layihədə bəndlərin salınması, bərkitmə işlərinin görülməsi və s. bu kimi hallarda hər iki ölkədə eyni standartların tətbiq olunması nəzərdə tutulub və artıq bu standartların təyini və tətbiqi məqsədi ilə bağlı müştərək texniki komissiya da yaradılıb.

Onun sözlərinə görə, layihə hər iki ölkənin aidiyyəti qurumları tərəfindən araşdırıldıqdan sonra imzalanacaq.

Trend.az