Azərbaycan və İran arasında siyasi və iqtisadi məsələlər müzakirə edilib

Posted by

Azərbaycan və İran arasında siyasi və iqtisadi məsələlər müzakirə edilib

Azərbaycan və İran arasında siyasi və iqtisadi məsələlər müzakirə edilib

Azərbaycan və İran arasında siyasi və iqtisadi məsələlər müzakirə edilib

Martın 13-də xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhimpurun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Trend-in XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş əsnasında Azərbaycan və İran arasındakı əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat layihələrinin icrası, humanitar və mədəniyyət xarakterli layihələrin həyata keçirilməsi, müqavilə-hüquq bazasının inkişaf etdirilməsi və Xəzər dənizinin hüquqi statusu məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarı Həsən Ruhani ilə Davosda keçirilmiş görüşünün iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük əhəmiyyətə malik olduğu qeyd edilib.

 

Nazir Elmar Məmmədyarov martın 14-də Türkiyənin Van şəhərində Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçiriləcəyini qeyd edərək, bu çərçivədə görüşlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verdiyini vurğulayıb.

 

Nazir müavini İbrahim Rəhimpur Azərbaycan Respublikasının strateji əhəmiyyətə malik olduğunu qeyd edərək, səfər çərçivəsində Naxçıvana da səfər edəcəyini və ikitərəfli görüşlər keçirəcəyini söyləyib.

 

Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünə toxunan nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz tarixi torpaqlarına qayıtmasının sülh prosesinə töhfə verəcəyini və beləliklə də, regionda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olunmasına təkan verəcəyini bildirib.

 

Trend.az