Azərbaycan və Qazaxıstan Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirəcək

Posted by

Azərbaycan və Qazaxıstan Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

APA-nın məlumatına görə, bu barədə Qazaxıstan Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Almazbek Bazarbayev bildirib.

Polkovnikin sözlərinə görə, bu məsələ Qazaxıstanın müdafiə naziri Serik Axmetovun aprelin sonlarında Azərbaycana səfəri zamanı müzakirə olunub.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov da dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Hərbi attaşe hazırda bununla bağlı müvafiq sənədlərin hazırlandığını və tərəflər arasında razılaşdırılma mərhələsində olduğunu bildirib.

«Hazırda Qazaxıstan Hərbi Dəniz Qüvvələrini yaradır. Yeni gəmilər inşa olunur, bazalar qurulur. Biz hərbi dənizçilik və mülki dənizçilik sahəsində Azərbaycanla yaxşı əlaqələrə malikik», – deyə polkovnik A. Bazarbayev vurğulayıb.

Qeyd edək ki, hazırda Azərbaycan Ali Hərbi Dənizçilik məktəbində Qazaxıstandan olan kursantlar təhsil alır. Eyni zamanda tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən? Azərbaycan Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən İzləmə Mərkəzi tərəfindən Qazaxıstana məxsus mülki gəmilərin dünya okeanlarında hərəkətinə nəzarət olunur.

Apa.az