Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığı möhkəmləndirmək istəyirlər
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Pakistanın maliyyə naziri, senator Məhəmməd İşaq Darla görüşüb. Bu barədə Trend Pakistanın “Business Recorder” gündəlik nəşrinə istinadən məlumat verir.
Görüş zamanı ikitərəfli əlaqələr, regional və beynəlxalq problemlər üzrə fikir mübadiləsi aparılıb.
Hər iki nazir Azərbaycan və Pakistan arasında əməkdaşlığın inkişaf səviyyəsindən razı qaldıqlarını deyiblər.
Tərəflər Dağlıq Qarabağ və Kəşmir münaqişələrində qarşılıqlı dəstəyi davam etdirmək niyyətlərini vurğulayıblar. Nazirlər, həmçinin ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığı siyasi münasibətlər səviyyəsinədək yüksəltməyin zəruriliyini qeyd ediblər.
Trend.az