Azərbaycan və Pakistan hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər

Posted by

Azərbaycan və Pakistan hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə edəcəklərAzərbaycan və Pakistan hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər

Azərbaycan və Pakistan hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər

Azərbaycan və Pakistan hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Bunu Trend-ə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov deyib.

Onun sözlərinə görə, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun dekabrda Pakistana səfəri çərçivəsində məsələ ilə bağlı danışıqlar aparılacaq.

Səfər çərçivəsində hər iki ölkənin yerləşdiyi regionlarda hərbi-siyasi və təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılacaq, həmçinin təhlükələrə qarşı mübarizədə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunacaq.

Səfərin müddəti diplomatik kanallar vasitəsilə dəqiqləşdiriləcək.

 

AzərTac.az