Azərbaycan və Norveç əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər

Posted by

Azərbaycan və Norveç əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər Azərbaycan və Norveç əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər

Azərbaycan və Norveç əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər

Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Baard İvar Svendsen ilə görüşüb.

 

Trend YAP-ın saytına istinadən xəbər verir ki, Ə.Əhmədov səfirin maraq dairəsinə uyğun olaraq Azərbaycanın siyasi mənzərəsi, Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi inkişaf yolu, ictimai-siyasi həyatda mövqeyi və beynəlxalq əlaqələri barədə məlumat verib.

 

Səfir ölkəmizdə möhtəşəm inkişafın şahidi olduğunu diqqətə çatdırıb. Norveç səfiri Azərbaycanda son illər ərzində güclü iqtisadi inkişaf fonunda sosial durumun xeyli dəyişdiyini, əhalinin, o cümlədən qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin kifayət dərəcədə yaxşılaşdığını qeyd edib.

 

Görüşdə Azərbaycan və Norveç arasında əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin hər iki ölkə üçün əhəmiyyəti vurğulanıb, qarşılıqlı əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

 

Trend.az