Azərbaycan və Macarıstanın etnoqrafik yaşayış məskənləri qardaşlaşacaqlar

Posted by

Bakının Xəzər rayonunun nümayəndələri Macarıstanda səfərdədir. Nümayəndə heyətinə rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev rəhbərlik edir.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, azərbaycanlı qonaqlar ölkəyə Bakı yaxınlığındakı Qala kəndi ilə qarşılıqlı münasibətlər qurmaq istəyən Mikloşhaza bələdiyyəsinin dəvəti ilə gəliblər.

Macarıstanın şərqində, Slovakiya və Ukrayna sərhədi yaxınlığında yerləşən Mikloşhaza öz tarixi-etnoqrafik xüsusiyyətləri ilə seçilən yaşayış məskənlərindən biridir. Burada təxminən 700 illik dövrü əhatə edən tarixi abidələr mövcuddur və son illərdə bu etnoqrafik kənd Macarıstanın əsas turist istiqamətlərindən biri kimi tanınmağa başlayıb.

Qala kəndinin də oxşar xüsusiyyətlərə malik olduğunu öyrənən Mikloşhaza bələdiyyəsi daha sıx əlaqələr qurmaq niyyətindədir. Dörd gün ərzində azərbaycanlı qonaqlar Macarıstanla tanış olacaqlar.

İki etnoqrafik yaşayış məskəni arasında qardaşlaşma haqqında saziş imzalanması da nəzərdə tutulur.

Trend.az