Azərbaycan və Macarıstan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramı xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak etmək üçün Budapeştə səfəri çərçivəsində Macarıstanın xarici işlər naziri Janos Martonyi ilə görüş keçirib.
Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş əsnasında Azərbaycanla Macarıstan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, eləcə də enerji, ticarət, mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar barədə məlumat verib və münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb.
Trend.az