Azərbaycan və Hindistan energetika sahəsində birgə işçi qrup yaratmağı planlaşdırır

Posted by

Azərbaycan və Hindistan energetika sahəsində birgə işçi qrup yaratmağı planlaşdırır.

“APA-Economics”in Hindistan mətbuatına istinadən xəbərinə görə, bu barədə qərar ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Hindistan Hökumətlərarası Komissiyasının Nyu-Dehlidə keçirilən iclasında verilib.

İclasda Azərbaycan nümayəndə heyətinə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Hindistan nümayəndə heyətinə ticarət və sənaye naziri E.M.Sudarsan Natçiappan başçılıq edib.

Hindistan tərəfi Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıqda və əczaçılıq sahəsində əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu nəzərə çatdırıb. Hindistanın “Hydroelectric Power Corporation Ltd.” şirkəti Azərbaycanda hidroelektrik stansiyaların inkişafında maraqlı olduğunu nəzərə çatdırıb.

Görüşün yekunlarına əsasən imzalanmış protokolda Hindistanın bu ilin martında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə dair pilot layihə həyata keçirməsi nəzərdə tutulub.

Qeyd edək ki, Hindistanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2011-2012-ci illərdə 565,98 mln. dollardan 2012-2013-cü illərdə 608,55 mln. dollara yüksəlib.

Apa.az