Azərbaycan və Əfqanıstan müdafiə sənayesi üzrə əməkdaşlıq etmək istəyirlər
Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Əfqanıstan İslam Respublikası Prezidentinin MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsi Mohammad Şaker Kargarın başçılıq etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edib.
Müdafiə Sənayesi Nazirliyindən Trend-ə verilən məlumata görə, Y.Camalov nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı məlumat verib.
Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın yaradılmasına dair danışıqlar aparılıb.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində oldu və istehsal prosesini yaxından izləyiblər.
Görüşdə Əfqanıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak ediblər.
Trend.az