Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində amerikalı həmsədrin iştirakı ilə keçirilən monitorinq insidentsiz başa çatıb

Posted by

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində amerikalı həmsədrin iştirakı ilə keçirilən monitorinq insidentsiz başa çatıb

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində amerikalı həmsədrin iştirakı ilə keçirilən monitorinq insidentsiz başa çatıbAzərbaycan və Ermənistan qoşunlarının təmas xəttində amerikalı həmsədrin iştirakı ilə keçirilən monitorinq insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan Respublikasının Ağdam rayonunun Sarıcalı kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, səhra köməkçisi Jiri Aberle, Minsk Qrupunun həmsədri Ceyms Uorlik (ABŞ) və onun köməkçisi Cefri Huls keçiriblər.