Azərbaycan və Dağıstan “Böyük İpək Yolu” layihəsi çərçivəsində etnik mədəni marşrutları hazırlayacaqlar

Posted by

Azərbaycan və Dağıstan "Böyük İpək Yolu" layihəsi çərçivəsində etnik mədəni marşrutları hazırlayacaqlarAzərbaycan və Dağıstan “Böyük İpək Yolu” layihəsi çərçivəsində etnik mədəni marşrutları hazırlayacaqlar

Azərbaycan və Dağıstan "Böyük İpək Yolu" layihəsi çərçivəsində etnik mədəni marşrutları hazırlayacaqlar

MDB ölkələri və Çinin beynəlxalq tarixi-mədəniyyət layihəsi “Böyük İpək Yolu”nun reallaşdırılması çərçivəsində Dağıstan və Azərbaycanın ikitərəfli etnik mədəni marşrutlarının hazırlanması üzrə birgə beynəlxalq layihələrin inkişafı məsələləri Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyində işçi görüşdə müzakirə olunub. Trend xəbər verir ki, bunu “Daqestan RİA” agentliyinə Dağıstanın Turizm Komitəsi sədrinin müavini Muslimat Xalimbekova bildirib.

O deyib: “Məlum olduğu kimi, “Böyük İpək Yolu” dünya sivilizasiyası tarixində ən böyük nailiyyətlərdən biridir. Asiya və Avropanın karvan yollarının şaxələnmiş şəbəkələri Çindən Aralıq Dənizinə qədər uzanırdı, yalnız qədim və orta əsrlər dövründə ticarət əlaqələrinin əhəmiyyətli vasitəsi kimi xidmət etmirdi, həm də həmin ölkələrin xalqlarını sülh və əməkdaşlıq cəhdində birləşdirmiş Şərq və Qərb arasında mədəni-iqtisadi körpü idi. İpək yolu keçdiyi ölkələrin siyasi, iqtisadi və mədəni quruculuğunun formalaşmasına böyük təsir göstərib. Onun bütün marşrutu boyu iri və kiçik ticarət şəhərləri və məskənləri yaranırdı. Görüşdə ikitərəfli turizm marşrutlarının keçidinin mümkün sxemi, marşrutun pasportlaşdırılması üzrə ekspert işçi qrupun yaradılması, layihənin yol xəritəsinin yaradılmasının ehtimal olunan müddət və mərhələləri müzakirə olundu”.

M.Xalimbekovanın sözlərinə görə, Dağıstanın Turizm Komitəsi Rusiya Dövlət Turizm və Servis Universiteti ilə birgə “Böyük İpək Yolu”nun tarixi və coğrafi dəhlizi çərçivəsində “Böyük İpək Yolunun Şərqi Xəzər dənizi yolları” regional turizm marşrutunu hazırlayacaq. Bu marşrut federal əhəmiyyətli abidələr və YUNESKO-nun Ümumdünya mədəni irsi siyahısına daxil edilmiş tarix, mədəniyyət, memarlıq abidələri, obyektləri də əhatə edir.

O qeyd edib ki, Azərbaycanda “Böyük İpək Yolu”nun üzərində yerləşən qədim yaşayış məntəqələrindən – Bakı, Şamaxı, Basqal, Lahıc, Qəbələ, Şəki və başqalarından keçən turizm marşrutlarının inkişafı üzrə zəngin təcrübə toplanıb. Görüşdə bu marşrutların Dağıstandan keçməklə Rusiya istiqamətində inkişaf etdirilməsinin vacibliyi barədə fikir ifadə olunub. Qeyd edilib ki, buraya Xaçmaz, Nabran, Qusar və digərləri daxil ola bilər. Marşrutun Dağıstan hissəsi Dərbənd, Kubaçi (Dahadayev rayonu), Mahaçqala şəhərindən keçəcək.

M.Xalimbekovanın sözlərinə görə, Azərbaycan tərəfi marşrutun hazırlanmış sxemini 5-6 noyabrda Dağıstanın Turizm Komitəsinə göndərəcək: “Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri – Turizm Departamentinin rəhbəri Aydın İsmiyev və turizmin inkişafı sektorunun müdiri Malik Qəhrəmanov 1858-ci ildə Qafqaza səyahət etmiş məşhur fransız yazıçısı Aleksandr Dümanın Dağıstana səfəri marşrutu üzrə birgə turizm marşrutunu hazırlamağı təklif etdilər: Xasavyurt – Andrey-aul (Endirey) – Çiryurt – Kumtorqala (Kapçuqay və Kafırkumuxdan yan keçməklə) – Temirxan-Şura- Paraul – Gelli – Qarabudaqkənd – Karanay – İşqartı istehkamı– Cenqutay – Paraul – Geli– Qarabudaqkənd – Dərbənd. Layihənin reallaşdırılması işinə təxminən 2015-ci ilin birinci yarısında başlanacaq”.

 

Trend/az