Azərbaycan və Braziliya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir

Posted by

Martın 24-26-da Braziliyada Azərbaycan və Braziliya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, məsləhətləşmələr zamanı Azərbaycan ilə Braziliya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Azərbaycanı Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyev təmsil etmişdir.

Y.Əliyev, həmçinin Braziliya Xarici İşlər Nazirliyinin baş katibi Eduardo dos Santos, Braziliya Milli Konqresinin üzvləri, o cümlədən Deputatlar Palatasında Braziliya-Azərbaycan Dostluq Qrupunun sədri Klaudio Kajado Sampayo ilə görüşlər keçirmişdir.

AzərTac.az