Azərbaycan və Bəhreyn hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər
Azərbaycanın müdafiə naziri Bəhreyn Silahlı Qüvvələrinin komandanını qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, dekabrın 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bəhreyn Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifəni qəbul edib.
Görüşdə regional hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlıq və müxtəlif məsələlər barədə fikir mübadiləsi aparılıb.
Trend/az