Azərbaycan və Belçika xarici işlər nazirlərinin görüşündə bir sıra vacib məsələlər müzakirə olunub

Posted by

Azərbaycan və Belçika xarici işlər nazirlərinin görüşündə bir sıra vacib məsələlər müzakirə olunubAzərbaycan və Belçika xarici işlər nazirlərinin görüşündə bir sıra vacib məsələlər müzakirə olunub

Azərbaycan və Belçika xarici işlər nazirlərinin görüşündə bir sıra vacib məsələlər müzakirə olunub

Aprelin 28-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçika Baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reinderslə görüşüb.

 

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə edilib və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olunub.

 

Azərbaycan və Belçika arasında ikitərəfli siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan geniş imkanlar, Azərbaycanın regiondakı beynəlxalq layihələrin həyata keçirilməsində aparıcı rolu və Avropanın etibarlı tərəfdaşı olması, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regional, beynəlxalq məsələlər, həmçinin idman sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar barədə fikir mübadiləsi aparılıb.

 

Görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

 

AzərTac.az