Azərbaycan və Argentina iqtisadi əməkdaşlığın genişləndirilməsini planlaşdırır

Posted by

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Ş. Mustafayev ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib. Nazir əlavə edib ki, iqtisadi əlaqələrin genişləndirilməsi, xüsusilə də kənd təsərrüfatı, əczaçılıq və s. sahələrdə böyük potensial var.

Argentinalı diplomat isə ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini söyləyib. O, bundan sonra da Azərbaycan-Argentina əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Apa.az