Azərbaycan və ABŞ aktiv tektonik zonalarda təhlükəli geoloji proseslərin tədqiqatını davam etdirəcəklər

Posted by

Azərbaycan və ABŞ aktiv tektonik zonalarda təhlükəli geoloji proseslərin tədqiqatını davam etdirəcəklər Azərbaycan və ABŞ aktiv tektonik zonalarda təhlükəli geoloji proseslərin tədqiqatını davam etdirəcəklər

Azərbaycan və ABŞ aktiv tektonik zonalarda təhlükəli geoloji proseslərin tədqiqatını davam etdirəcəklər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) və ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MTİ) Yer, Atmosfer və Planetar Elmlər Bölməsi arasında beynəlxalq anlaşma memorandumu imzalanıb.

Trend-in məlumatına görə, bununla əlaqədar AMEA-nın Rəyasət Heyətində MTİ-nin “Şərqi Aralıq dənizi və Qafqazın geodinamikası” layihəsinin rəhbəri Robert Reylinqerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqları salamlayaraq Akademiyanın Massaçusets İnstitutu ilə 1998-ci ildәn mövcud olan әlaqәlәrindən söz açıb. Bildirib ki, indiyə qədər geodinamika vә seysmologiya sahәlәrindә mühüm müştәrәk tәdqiqatlar aparılıb, Azərbaycan әrazisindә GPS (Qlobal Yer tәyinetmә Sistemi) stansiyaları vә müşahidә mәntәqәlәri quraşdırılıb. Yerin tәkindә baş verәn proseslər alimlәr tәrәfindәn xüsusi GPS peyk sistemi vasitәsilә izlәnilir, önәmli mәlumatlar әldә edilir vә tәhlil olunur.

Bu istiqamәtlәrdә kadr hazırlığı mәqsәdi ilә Akademiyanın gәnc әmәkdaşları MTİ-dә tәcrübә kurslarına da cәlb olunub. Hazırda әmәkdaşlığın uğurlu inkişafı әlaqәlәrin vә sәmәrәli nәticәlәrin daha da genişlәndirilmәsinә imkan yaradıb. Memorandum bu imkandan irәli gәlәn birgә tәşәbbüsdür.

Daha sonra R.Reylinqer seysmik baxımdan aktiv zonalar olan Qafqaz vә Xәzәrdә aparılmış birgә tәdqiqatların uğurlu nәticәlәrindәn qısaca bәhs edib vә bu sahәdә Azərbaycan alimlәri ilә әmәkdaşlıqdan mәmnunluğunu dilə gətirib. O, tәdqiqatları daha müasir tәcrübә vә üsullarla davam etdirmәyi vә laboratoriya formatında cәmlәşdirmәyi mәqsәdәuyğun hesab edib. Bildirib ki, beynəlxalq laboratoriya kadr hazırlığı işini dә asanlaşdırmağa xidmәt edәcәk.

Gәlәcәk tәşәbbüslәr üçün mövcud imkanların müzakirəsindən sonra memorandumun imzalanması məqsədəuyğun hesab olunub. Sonra sözügedәn sәnәd imzalanıb. Memorandumda “Geodeziya və geodinamika laboratoriyası” adlı müştərək beynəlxalq laboratoriyanın yaradılması nәzәrdә tutulur. Məqsəd Böyük Qafqazda vә digər aktiv tektonik zonalarda təhlükəli geoloji proseslərin tədqiqatını davam etdirməkdir.

Akademik A.Әlizadə vurğulayıb ki, laboratoriyanın imkanları çәrçivәsindә geotermal və karbohidrogen ehtiyatların kəşfiyyatı, neft və qaz rayonlarının təhlükə riskinin öyrənilməsi, sürüşmə proseslərinin, palçıq vulkanlarının dinamikasının və atmosfer hadisələrinin yeni texnologiya əsasında araşdırılması mümkün olacaq.

Görüşdәn mәmnun qalan R.Reylinqer әminliklә bildirib ki, bu sәnәd faydalı әmәkdaşlıq vә mübadilә prosesini asanlaşdırmağa xidmәt edәcәk, öz töhfәlәrini verәcәk.

Görüşün sonunda planlaşdırılan işlәrin koordinatorları GGİ tərəfindən AMEA-nın Yer Elmləri Bölməsinin rəhbəri, akademik Fəxrəddin Qədirov, MTİ tərəfindən isə R.Reylinqer müəyyən olunublar.

 

Trend/az