Azərbaycan Türkiyədən gübrə idxalını 5,2 dəfə artırıb

Posted by

Azərbaycan Türkiyədən gübrə idxalını 5,2 dəfə artırıb

 

Azərbaycan Türkiyədən gübrə idxalını 5,2 dəfə artırıb

Azərbaycan Türkiyədən gübrə idxalını 5,2 dəfə artırıb

 

Bu il ərzində Azərbaycanın Türkiyədən gübrə idxalı 5,2 dəfə artıb.

 

“APA-Economics” Türkiyə Statistika Komitəsinin açıqladığı məlumata istinadən xəbər verir ki, ötən ilin fevral ayı ilə müqayisədə cari ilin eyni dövrü ərzində Türkiyədən Azərbaycana 822,2 min ABŞ dolları həcmidə gübrə gətirilib.

 

Hesabat dövründə Azərbaycanla yanaşı Livana ixracın həcmi 69% (1,04 mln. dollar), Şimali Kipr Türkiyə Cümhuriyyətinə isə 43% (718,9 min dollar) artıb.

 

Ümumilikdə isə Türkiyənin gübrə ixracatı bu ilin yanvar-fevral aylarında, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə artıb və 22 mln. dolları ötüb. İxracın əsas hissəsi İtaliya, Rumıniya, İspaniya və Sloveniyaya göndərilib və ümumi məbləği 14 mln. dollar təşkil edib.

 

Apa.az