Azərbaycan Türkiyədə keçiriləcək G-20 sammitinə dəvət olunub

Posted by

Azərbaycan Türkiyədə keçiriləcək G-20 sammitinə dəvət olunubAzərbaycan Türkiyədə keçiriləcək G-20 sammitinə dəvət olunub

Azərbaycan Türkiyədə keçiriləcək G-20 sammitinə dəvət olunub

Azərbaycan Türkiyədə keçiriləcək G-20 sammitinə dəvət olunub.

 

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə Azərbaycan və Türkiyə dövlət başçılarının Ankarada keçirilən görüşündən sonra mətbuat qarşısında çıxış edən Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan bildirib.

 

«Bu il Türkiyə G-20-nin ev sahibidir. Biz də imkandan istifadə edərək tədbirə Azərbaycanı da çağırdıq», – deyə Ərdoğan qeyd edib.

 

Türkiyə prezidenti hazırda ölkələr arasında ticarət dövriyyəsinin həcminin 5 milyard ABŞ dolları təşkil etdiyini, 2023-cü ildə bu rəqəmi 25 milyard dollara çıxarılacağını qeyd edib.

 

Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi aprelin 24-də Çanaqqala savaşlarının 100-cü ildönümü ilə bağlı tədbirə dəvət etdiyini də bildirib.

 

Apa.az