Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan birgə arxeoloji turizm potensialını araşdıracaq

Posted by

Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan birgə arxeoloji turizm potensialını araşdıracaqAzərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan birgə arxeoloji turizm potensialını araşdıracaq

Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan birgə arxeoloji turizm potensialını araşdıracaq

İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Komitəsinə (COMCEC) üzv olan 4 ölkə – Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyədə mədəni turizm, xüsusilə arxeoloji turizm potensialı araşdırılacaq, oxşar mədəni irs nümunələrinə sahib olan bölgələr müəyyən ediləcək, araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən ortaq turizm məhsulu yaradılacaq.

 

Trend-in məlumatına görə, bunu COMCEC-in Turizm üzrə işçi qrupunun əlaqələndiricisi Məleykə Hüseynova “Ümumi mədəni irs şəhərləri” beynəlxalq arxeoloji turizm layihəsi çərçivəsində keçirilən beynəlxalq seminarda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, 2013-cü ilin sentyabr ayında İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Komitəsinə müxtəlif sahələr üzrə təqdim olunmuş 30-dan çox layihə arasında Mədəniyyət və Turizm Nazirliyinin “Ümumi mədəni irs şəhərləri” adlı layihəsi 6 ay müddəti əhatə edən bir neçə mərhələdən keçərək qalib gəlib. Layihə Komitənin təqdim etdiyi maliyyə vəsaiti hesabına Türkiyənin İnkişaf Bankının dəstəyi ilə həyata keçirilir. Cari ilin aprel-oktyabr aylarını əhatə edən layihə COMCEC-ə üzv olan 4 ölkəyə xüsusən Yaponiya və Avropa, həmçinin İslam ölkələrindən turist cəlb olunmasına yönəlib. Layihə iştirakçı ölkələrin turizm potensialının və İslam tarixi-mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviqinə xidmət edəcək.

 

Layihənin məqsədi bu ölkələrdə turizm təcrübəsinin öyrənilməsi və birgə turizm məhsulunun yaradılması vasitəsilə turizm mübadiləsinin genişləndirilməsi, COMCEC regionuna gələn turistlərin sayının artırılması, turizmin beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi, turizmin davamlı inkişafının təmin edilməsi, hədəf bazarlarda mövcud mədəni-tarixi irs və turizm potensialı haqqında məlumatlılığın artırılmasıdır.

 

Trend.az