Azərbaycan torpaqların qeyri-qanuni zəbt olunması və təyinatına uyğun istifadə edilməməsi ilə bağlı cəzaların sərtləşdirilməsi təklif olunur

Posted by

Azərbaycan torpaqların qeyri-qanuni zəbt olunması və təyinatına uyğun istifadə edilməməsi ilə bağlı cəzaların sərtləşdirilməsi təklif olunurAzərbaycan torpaqların qeyri-qanuni zəbt olunması və təyinatına uyğun istifadə edilməməsi ilə bağlı cəzaların sərtləşdirilməsi təklif olunur

Azərbaycan torpaqların qeyri-qanuni zəbt olunması və təyinatına uyğun istifadə edilməməsi ilə bağlı cəzaların sərtləşdirilməsi təklif olunur

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

 

“APA-Economics”in məlumatına görə, iclasda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası qanun layihələri müzakirə olunub.

 

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, bu dəyişikliklər torpaqların qeyri-qanuni zəbt olunması və təyinatına uyğun istifadən edilməməsi ilə bağlı cəzaların sərtləşdirilməsini nəzərdə tutur.

 

Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini, Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə İnzibati Xətalar və Cinayət Məcəllələrinə dəyişiklik barədə məlumat verib. O bildirib ki, Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsində torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, yəni torpaq sahəsinin hasarlanması, becərilməsi, üzərində tikinti və ya quraşdırma işlərinin aparılması, yaxud həmin torpaqdan istifadə edilməsinə başqa üsullarla mane olmaya görə min beş yüz manatadək cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətdə azadlıqdan məhrum edilməsi təklif olunur: “Bu Məcəllənin 188.1-ci maddəsində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə isə üç min manatdan beş min manatadək cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulur. Dəyişiklərə əsasən, bu əməllər təkrar törədildikdə, eləcə də şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə beş min manatdan yeddi min manatadək cərimə və ya bir ildən üç ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq”.

 

Apa.az