Azərbaycan İƏT-in Regional Planlaşdırma Şurasının Tehranda keçirilmiş iclasında rəsmi heyətlə təmsil olunmuşdur

Posted by

Azərbaycan İƏT-in Regional Planlaşdırma Şurasının Tehranda keçirilmiş iclasında rəsmi heyətlə təmsil olunmuşdur

 

Azərbaycan İƏT-in Regional Planlaşdırma Şurasının Tehranda keçirilmiş iclasında rəsmi heyətlə təmsil olunmuşdur

Azərbaycan İƏT-in Regional Planlaşdırma Şurasının Tehranda keçirilmiş iclasında rəsmi heyətlə təmsil olunmuşdur

 

Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Regional Planlaşdırma Şurasının (RPŞ) 24-cü iclası keçirilmişdir.

Azərbaycanın İrandakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, iclasda ölkəmizin İran İslam Respublikasındakı səfiri, eyni zamanda, respublikamızın İƏT-dəki daimi nümayəndəsi Cavanşir Axundovun rəhbərliyi ilə bir sıra nazirliklərin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak etmişdir.

Cavanşir Axundov çıxışında Azərbaycanın İƏT-ə sədrliyi çərçivəsində ötən il görülən işlər, o cümlədən 2012-ci ilin oktyabrında Bakıda keçirilmiş İƏT-in Zirvə görüşündə və Nazirlər Şurasının iclasında qəbul edilmiş qərarlar, Azərbaycanın İƏT Ticarət və İnkişaf Bankına üzvlüyü, habelə Bakıda İƏT-in Tədqiqat Mərkəzinin yaradılması və onun nizamnaməsinin təsdiq edilməsi barədə məlumat vermişdir.

Səfir bildirmişdir ki, 2013-cü ildə Azərbaycan İƏT-in bir sıra konfrans və seminarlarına ev sahibliyi etmişdir. Cari ildə İƏT-in bəzi tədbirlərinin ölkəmizdə keçirilməsi planlaşdırılır.

Cavanşir Axundov təşkilatın əsas səylərinin İƏT-ə üzv ölkələrin vahid dəmir yol sistemi ilə birləşməsi və bu sistemin Avropa və Yaxın Şərqin dəmir yolları şəbəkəsi ilə birləşməsinə yönəldilməsinin vacibliyini vurğulamış, müvafiq kontekstdə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yol layihəsinin tezliklə başa çatdırılacağına ümidini ifadə etmişdir.

İclas çərçivəsində ticarət və investisiya, nəqliyyat və kommunikasiya, energetika, minerallar və ətraf mühit, kənd təsərrüfatı, sənaye və turizm, insan kapitalı və davamlı inkişaf, layihələr, iqtisadi tədqiqatlar və statistika, xarici əlaqələr, narkotiklərin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlığa nəzarət üzrə alt komitələrin iclasları da keçirilmişdir.

Alt komitələrin hesabatları RPŞ-nin yekun plenar sessiyasına təqdim edilmiş və üzv dövlətlər tərəfindən təsdiq olunmuşdur.

 

AzərTAc.az