Azərbaycan sərhədləri əsasən Xəzər dənizində pozulur

Posted by

Azərbaycan sərhədləri əsasən Xəzər dənizində pozulur

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2013-cü ilin dekabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 27 halda 32 nəfər saxlanılıb. Onların 12 nəfəri Azərbaycan, 10-u Özbəkistan, 4-ü Gürcüstan, 2-si Tacikistan, 2-si Nigeriya, 1-i İran İslam Respublikası, 1-i isə Ukrayna vətəndaşı olub.

DSX-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 6 halda 10 nəfər, Xəzər dənizində 20 halda 23 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 210 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 11 kiloqram 493 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 53 halda ümumi dəyəri təqribən 153 min 380 manat olan qaçaqmal, o cümlədən 2 ədəd 16 mm-lik tüfəng, 80 qutu piston, 3 pnevmatik tapança, 1600 ədə pnevmatik patron, 27 min 683 ədəd pirotexniki vasitə, 1000 qram qızıl, 16 ədəd qızıl zinət əşyaları, 1879 qutu siqaret, 2 ədə qayıq, müxtəlif dərman preparatları, spirtli içki, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.