Azərbaycan səfiri etimadnaməsini Surinamın Prezidentinə təqdim edib

Posted by

Azərbaycan səfiri etimadnaməsini Surinamın Prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Surinamın Prezidentinə təqdim edib

 

Azərbaycan səfiri etimadnaməsini Surinamın Prezidentinə təqdim edib

Azərbaycanın Surinamdakı səfiri Elnur Sultanov etimadnaməsini bu ölkənin Prezidenti Dezire Delano Buterzeyə təqdim edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, E.Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Surinam Prezidenti Dezire Delano Buterzeyə çatdırıb. O, Azərbaycanın Surinamda ilk səfiri kimi ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində səy göstərəcəyini bildirib və ikitərəfli əməkdaşlıq üçün potensialın olduğunu vurğulayıb.

 

Prezident Dezire Delano Buterze öz növbəsində səfirdən Prezident İlham Əliyevə salamlarının çatdırılmasını xahiş edib. O, Surinamın Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verdiyini bildirib və yaxın gələcəkdə ölkələrimiz arasında əlaqələrin möhkəmlənəcəyinə ümidvar olduğunu söyləyib.

 

Səfər çərçivəsində E.Sultanov Surinam Milli Assambleyasının sədri Ceniffer Girlinqs-Simmons, xarici işlər naziri Vinston Lakin, gənclər və idman naziri İsmanto Adna, təbii ehtiyatlar naziri Cim Hok və digər rəsmi şəxslərlə də görüşlər keçirib.

 

AzərTac.az