Azərbaycan səfiri etimadnaməsini Mavritaniya Prezidentinə təqdim etmişdir

Posted by

Azərbaycan səfiri etimadnaməsini Mavritaniya Prezidentinə təqdim etmişdir

Azərbaycan səfiri etimadnaməsini Mavritaniya Prezidentinə təqdim etmişdir

Azərbaycan səfiri etimadnaməsini Mavritaniya Prezidentinə təqdim etmişdir

Azərbaycanın Mərakeşdəki səfiri Tarik Əliyev, eyni zamanda, Mavritaniyada səfir təyin olunması ilə əlaqədar etimadnaməsini bu ölkənin Prezidenti Məhəmməd uld Əbdüləzizə təqdim etmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, etimadnamənin təqdimatından sonra Mavritaniya Prezidenti ilə diplomat arasında görüş olmuşdur.

Prezident Məhəmməd uld Əbdüləziz 2010-cu ildə Azərbaycana səfərini xatırladaraq iki ölkə arasında hərtərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını demişdir. Ölkəsinin zəngin təbii sərvətlərə malik olduğunu bildirən Mavritaniya Prezidenti enerji sahəsində əməkdaşlığın inkişafının vacibliyini qeyd etmişdir.

Tarik Əliyev Azərbaycanın Mavritaniya ilə ikitərəfli münasibətlərin inkişafına önəm verdiyini vurğulamış, qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirmişdir. İkitərəfli münasibətlərin inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdıran diplomat iki ölkə arasında siyasi, iqtisadi, mədəniyyət, təhsil və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi istiqamətində birgə səylərin artırılacağına əminliyini qeyd etmişdir.

Mavritaniya Prezidenti azərbaycanlı diplomatı ölkəsinə səfir təyin olunması münasibətilə təbrik etmiş, onun fəaliyyətinin ikitərəfli əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini vurğulamışdır.

Görüşdən sonra səfir T.Əliyev Prezident sarayında KİV-lərə müsahibə vermişdir.

 

AzərTac.az