Azərbaycan-Rumıniya birgə buraxılışı olan poçt markaları
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” şirkəti Azərbaycan-Ruminiya birgə buraxılışı olan iki növ poçt markası çap etdirib.
Trend nazirliyin saytına istinadən məlumat verir ki, markaların birinin üzərində “Lahıc misgərliyi”nə, digərinin üzərində isə “Horezudan keramika”ya dair sənət nümunəsinin təsviri əks olunub.
Markaların hər birinin nominal dəyəri 60 qəpik təşkil edir.
Trend.az