Azərbaycan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının sərhəd mühafizəsi qurumları arasında münasibətlərin inkişaf perspektivləri müzakirə edilmişdir

Posted by

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin baş direktoru general-leytenant Zumeyyim bin Cuveybir Əs-Səvvatın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlmişdir.

DSX-nin mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, nümayəndə heyətləri arasında keçirilən görüşdə iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə olunmuş, ikitərəfli münasibətlərin inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır.

Müzakirələrdə Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəhbər nümayəndələri üçün Dövlət Sərhəd Xidmətinin Akademiyasında təşkil olunmuş “Sərhəd nəzarəti”nə dair təlim proqramının əhəmiyyəti xüsusi vurğulanmışdır.

Səfər çərçivəsində qonaqlar DSX-nin Akademiyasına və bir sıra digər struktur qurumlarına baş çəkmiş, hərbi hissə və bölmələrdə xidmətin təşkili, şəxsi heyətin xidməti və yaşayış şəraiti, mövcud xidməti imkanlar, sərhəd mühafizəsi təyinatlı silah, texnika və avadanlıqla tanış olmuşlar.

Nümayəndə heyətinin Azərbaycana səfəri aprelin 21-dək davam edəcəkdir.

AzərTac.az