Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikası Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Posted by

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Qazaxıstan Respublikası Məclisinin sədri Kabibulla Djakupovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qazaxıstan Respublikası Məclisinin sədri Kabibulla Djakupov Prezident Nursultan Nazarbayevin salamlarını dövlətimizin başçısına çatdırdı. Kabibulla Djakupov ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində parlamentlərarası əlaqələrin önəmini qeyd etdi. Sonra o, Qazaxıstanın Avrasiya Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Mərkəzin yaradılmasının əhəmiyyətini vurğuladı.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi diqqətə çatdırıldı, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə verdikləri qarşılıqlı dəstəyin önəmi vurğulandı, iqtisadi, nəqliyyat, Xəzərdə əməkdaşlıq, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əlaqələrimizin səviyyəsinin razılıq doğurduğu bildirildi, münasibətlərimizin möhkəmləndirilməsində dövlət başçıları arasında keçirilən yüksək səviyyəli görüşlərin rolu xüsusi qeyd olundu.

Söhbət zamanı Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının Bakı iclasının əməkdaşlığımızın daha da möhkəmləndirilməsi baxımından faydalı olacağı bildirildi.

Dövlətimizin başçısı Prezident Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

AzərTac.az