“Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğunun əsas sənədidir”

Posted by

"Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğunun əsas sənədidir"“Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğunun əsas sənədidir”

"Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğunun əsas sənədidir"

Bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 12 noyabr – Azərbaycanın Konstitusiya Günü münasibətilə “Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğunun əsas sənədidir” mövzusunda “dəyirmi masa” keçirildi.

 

Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət quruculuğu və hüquq kafedrasının müdiri, dosent, hüquq üzrə fəlsəfə doktoru Fəxrəddin Nağıyev, kafedranın dosenti, hüquq üzrə fəlsəfə doktoru Əbdüləli Abdullayev, həmin akademiyanın Hüquq təminatı kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Oruc Məmmədov və digər qonaqlar iştirak edirdilər.

 

Əvvəlcə tədbir iştirakçıları Lökbatan qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzdülər, dahi şəxsiyyətə ehtiramlarını bildirdilər.

 

Tədbiri giriş nitqi ilə açan E.Abbasov ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının gənc müstəqil Azərbaycan dövlətini siyasi iflasdan və parçalanmadan xilas etdiyini, ictimai-siyasi sabitliyin təmin olunaraq ölkədaxili pozucu qüvvələrin zərərsizləşdirilməsi, müstəqil dövlətçilik tariximizin inkişaf mərhələsinə qədəm qoyması üçün şərait yaratdığını qeyd etdi. Bildirdi ki, bu inkişafın əsas istiqamətlərinin müəyyən olunması baxımından isə ölkənin konstitusiya quruluşunun təsbiti tələb olunurdu. Məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiyanın yaradılaraq, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.

 

Daha sonra çıxış edən qonaqlar Konstitusiyamızın yaranma tarixindən geniş danışdılar. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin əsas qanunu qəbul edə bilmədiyini, ona görə də Azərbaycanın Konstitusiya quruluş tarixinin SSRİ dövrünə təsadüf etdiyini bildirdilər. Bugünkü Konstitusiyanın Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra qəbul edilmiş ilk Konstitusiya olduğunu qeyd etdilər. Konstitusiyamızda dövlətimiz tərəfindən insanların hüquq və azadlıqlarının qorunduğunu, əhalinin sosial təminatına xüsusi diqqət verildiyini, hər kəsin azad yaşamasının təmin edildiyini vurğuladılar.

 

Trend.az