“Azərbaycan QHT-lərinin xarici donorlardan asılılığı tam aradan qaldırılmalıdır”

Posted by

"Azərbaycan QHT-lərinin xarici donorlardan asılılığı tam aradan qaldırılmalıdır"“Azərbaycan QHT-lərinin xarici donorlardan asılılığı tam aradan qaldırılmalıdır”

"Azərbaycan QHT-lərinin xarici donorlardan asılılığı tam aradan qaldırılmalıdır"

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) xarici donorlardan asılılığı tam aradan qaldırılmalıdır. Trend-in məlumatına görə, bu təkliflə millət vəkili Azay Quliyev Milli Məclisdə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

 

A.Quliyev qeyd edib ki, QHT-lərlə bağlı qanunvericiliyə dəyişiklik edildi: “QHT sektorunun maliyyəsinin təqribən 35 faizi, yəni 23,5 milyon manatı xarici donorlardan gəlir. Bu donorların fəaliyyəti isə şəffaf deyil, eyni zamanda, Azərbaycanda sabitlik və təhlükəsizlik üçün bir təhdiddir. Bu baxımdan QHT-lərin xarici donorlardan asılılığının tam aradan qaldırılması üçün tədbirlərin görülməsi vaxtı çatıb”.

 

Bunun üçün millət vəkili Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının büdcəsinin artırılmasını təklif edib. O, ilkin mərhələdə Şuranın büdcəsinin 10 milyon manata qədər artırılmasını təklif edib.

 

Milli Məclisin sədri Oqtay Əsədov da A.Quliyevin təklifini müsbət qiymətləndirib və Şuranın büdcəsinin artırılmasını məqsədəuyğun hesab edib.

 

Trend.az