Azərbaycan prezidentinin tapşırığı ilə I Avropa Oyunlarına həsr olunmuş mətbuat konfransı keçirilir

Posted by

Azərbaycan prezidentinin tapşırığı ilə I Avropa Oyunlarına həsr olunmuş mətbuat konfransı keçirilirAzərbaycan prezidentinin tapşırığı ilə I Avropa Oyunlarına həsr olunmuş mətbuat konfransı keçirilir

Azərbaycan prezidentinin tapşırığı ilə I Avropa Oyunlarına həsr olunmuş mətbuat konfransı keçirilir

Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin I Avropa Oyunları münasibətilə birgə mətbuat konfransı keçirilir.

 

APA-nın məlumatına görə, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, sabah Bakıda ilk Avropa Oyunlarının startı veriləcək: “Artıq xarici jurnalistlərin Bakı və Azərbaycanla bağlı təəssüratları var. Müraciətlər çox olduğundan bu müraciətləri fərdi qaydada cavablandırmaq çətindir. Ona görə də prezident İlham Əliyevin tapşırığı ilə mətbuat konfransı təşkil olunub”.

 

O, mətbuat konfransında sualların verilməsinin sərbəst olduğunu bildirib.

 

Qeyd edək ki, mətbuat konfransında sualları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və gənclər və idman naziri Azad Rəhimov cavablandırırlar.

 

 

Apa.az