Azərbaycan prezidenti Xaçmaz rayonunda yol tikintisinə 4 milyon manat ayırıb
Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz rayonunun Qusarçay-Pirquluoba-Yeni Həyat avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, 8 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qusarçay-Pirquluoba-Yeni Həyat avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 4 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Apa.az