Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin görüşü olmuşdur

Posted by

Xüsusi müxbirimiz xəbər verir ki, mayın 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, münasibətlərimizin regional əməkdaşlıq baxımından əhəmiyyəti qeyd olundu. Ölkələrimizin birgə səyləri ilə həyata keçirilən irimiqyaslı layihələrin bölgə və dünya üçün önəmi vurğulandı.

Söhbət zamanı Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Tbilisidə keçirilən üçtərəfli Sammitinin əhəmiyyəti qeyd edildi, ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyindən əminlik ifadə olundu.

AzərTac.az