Azərbaycan Prezidenti İlham Əliyevin Monako Şahzadəsi II Albert ilə görüşü
Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Monako Şahzadəsi II Albert ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə Monako arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olundu, mədəniyyət sahəsində əlaqələrin səviyyəsindən məmnunluq ifadə edildi.
Söhbət zamanı birinci Avropa Oyunlarına hazırlıq məsələlərinə və beynəlxalq səviyyədə sərgilərin təşkili sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.
AzərTac.az