Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiçi qəbul edib
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçi qəbul edib.
Görüşdə IV Bakı Beynəlxalq Humanitar Forumunun beynəlxalq əməkdaşlığı genişləndirmək baxımından xüsusi əhəmiyyətə malik olduğu vurğulandı, ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi.
AzərTac.az