Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Baş nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Posted by

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Baş nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edibAzərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Baş nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Baş nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Xorvatiya Respublikası Baş nazirinin birinci müavini, xarici və Avropa işləri üzrə naziri Vesna Pusiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında son illər ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə dinamik inkişafından məmnunluq ifadə olundu, enerji sahəsində əməkdaşlıq üçün yaxşı imkanların olduğu bildirildi və bu baxımdan “Cənub” qaz dəhlizinin əhəmiyyəti vurğulandı.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

AzərTac.az