Azərbaycan prezidenti İlham Əliyev Mehriban Əliyevanı “Heydər Əliyev” ordeni ilə təltif edib

Posted by

Azərbaycan prezidenti İlham Əliyev Mehriban Əliyevanı “Heydər Əliyev” ordeni ilə təltif edibAzərbaycan prezidenti İlham Əliyev Mehriban Əliyevanı “Heydər Əliyev” ordeni ilə təltif edib

Azərbaycan prezidenti İlham Əliyev Mehriban Əliyevanı “Heydər Əliyev” ordeni ilə təltif edib

İyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olmuş xarici tərəfdaşlarla görüş keçirilib.

 

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

 

Əvvəlcə birinci Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimlərini, yarışlarda ən yaddaqalan məqamları, o cümlədən Azərbaycan idmançılarının çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.

 

Dövlət başçısı mərasimdə nitq söyləyib.

 

Sonra mükafatlandırma mərasimi olub.

 

“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Oyunların yüksək səviyyədə təşkilində fəal dəstəyinə görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırıblar.

 

Mərasimdə Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi barədə prezident İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı oxunub.

 

Dövlət başçısı “Heydər Əliyev” ordenini Mehriban Əliyevaya təqdim edib.

 

Mehriban Əliyeva mərasimdə çıxış edbi.

 

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ölkədə idmana və idmançılara göstərdiyi yüksək diqqət və qayğıya dövlət başçısına minnətdarlıq edib.

 

Sonra birinci Avropa Oyunlarında Azərbaycan idmançılarının qələbələrindən, dövlət başçısı tərəfindən qalib gələn atletlərə medalların təqdim olunması anlarından bəhs edən videoçarx nümayiş etdirilib.

 

Apa.az