Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın yeni seçilmiş Prezidenti Raymonds Veyonis ilə görüşüb

Posted by

Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın yeni seçilmiş Prezidenti Raymonds Veyonis ilə görüşübAzərbaycan Prezidenti İlham Əliyev Latviyanın yeni seçilmiş Prezidenti Raymonds Veyonis ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın yeni seçilmiş Prezidenti Raymonds Veyonis ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Latviya Respublikasının yeni seçilmiş Prezidenti Raymonds Veyonis ilə görüşüb.

 

Dövlətimizin başçısı Raymonds Veyonisi Latviya Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik etdi, ona ali dövləti fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirdi.

 

Latviya Respublikasının yeni seçilmiş Prezidenti Raymonds Veyonis Latviya-Azərbaycan əməkdaşlığının yaxşı səviyyədə olduğunu bildirdi, ölkələrimizin iş adamları, müxtəlif nazirliklər və qurumlar arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd etdi.

 

AzərTac.az