Azərbaycan prezidenti: “Ermənistanın işğal etdiyi ərazilərdə narkotik və silahların qanunsuz dövriyyəsi, habelə digər cinayətlərin vüsət alması region üçün təhlükə doğurur”

Posted by

Azərbaycan prezidenti: “Ermənistanın işğal etdiyi ərazilərdə narkotik və silahların qanunsuz dövriyyəsi, habelə digər cinayətlərin vüsət alması region üçün təhlükə doğurur”

Azərbaycan prezidenti: “Ermənistanın işğal etdiyi ərazilərdə narkotik və silahların qanunsuz dövriyyəsi, habelə digər cinayətlərin vüsət alması region üçün təhlükə doğurur”Azərbaycan prezidenti: “Ermənistanın işğal etdiyi ərazilərdə narkotik və silahların qanunsuz dövriyyəsi, habelə digər cinayətlərin vüsət alması region üçün təhlükə doğurur”

Azərbaycanın real ÜDM-i son 10 ildə 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru isə 2,7 dəfə artıb. Bu barədə cümə günü Trend-ə Dövlət Statistika Komitəsindən məlumat veriblər.
Ötən ilin sonuna ölkə ÜDM-i təqribən 54 milyard manata (2003-cü ildə 7,15 milyard manat), qeyri-neft sektorunda ÜDM isə 26,17 milyard manata (4,45 milyard manat) çatıb. Müvafiq olaraq, ÜDM-nin nominal artımı 7,6 dəfə olub, qeyri-neft sektorunda əlavə dəyər istehsalı 5,9 dəfə artıb.
Bu ilin yanvar-avqust aylarının yekunlarına görə, ölkə ÜDM-i 20,65 milyard manat (il ərzində 5,2 faiz artım), qeyri-neft ÜDM-i 20,65 milyard manat (10,3 faiz) təşkil edib.
2003-cü ildə adambaşına düşən ÜDM-in real həcmi 827,7 manat olub, lakin son 10 ildə bu göstərici 3 dəfə artaraq 5884,5 manata çatıb. Bu ilin 8 ayının məlumatına əsasən, adambaşına düşən ÜDM 4035,7 manat təşkil edib.
Son 10 ildə ölkə iqtisadiyyatına yatırılan kreditlərin həcmi 23,5 dəfə artaraq 2012-ci ilin sonuna 12,24 milyard manat, dövlət büdcəsinin gəlirləri 19 dəfə artaraq 17,28 milyard manat, əsas kapitala investisiyalar 7 dəfə artaraq 15,41 milyard manat olub.
Azərbaycan son 10 ildə sənaye məhsulu istehsalını 2,8 dəfə (34,57 milyard manatadək), kənd təsərrüfatı məhsullarının istehsalını 1,5 dəfə (4,84 milyard manat), İKT və rabitə xidmətinin həcmini 9 dəfə (1,44 milyard manat), tikinti işlərinin həcmini 14 dəfə (7,72 milyard manat), pərakəndə ticarətin dövriyyəsini 3 dəfə (18,24 milyard manat), yükdaşımaları 2,1 dəfə (210,86 milyon ton) artırıb.
Azərbaycanın xarici ticarət dövriyyəsi 8,8 dəfə artaraq 2012-ci ildə 33,56 milyard manata çatıb, xarici ticarət tərəfdaşlarının sayı isə 128-dən 155-dək artıb. Xarici investisiyaların həcmi 4,6 dəfə artaraq 10,31 milyard dollara çatıb.