Azərbaycan prezidenti “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklərlə bağlı fərman imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında fərman imzalayıb.
APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Dövlət qulluğu haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, “Dövlət qulluğu haqqında” qanunun 31.22-ci maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun attestasiyasının keçirilməsi qaydalarını 3 ay müddətində prezidentlə razılaşdırmaqla müəyyən etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Apa.az