Azərbaycan prezidenti 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib
Azərbaycan prezidenti İlham Əliyev 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib.
APA-nın məlumatına görə, 2014-cü il dövlət büdcəsinin icrası gəlirlər 18 400 565,2 min manat, xərclər 18 709 000,0 min manat məbləğində olmaqla, təsdiq edilib.
Qeyd edək ki, 2014-cü il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq (sərbəst qalıq) 2015-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək.
Apa.az